Özünə öyrətmə məni | Aygün Rəhimli

Arxandan ağlayan, göz qalacaqsa,
Qəlbimi dağlayan, söz qalacaqsa,
Bir də, alışmayan, köz qalacaqsa,
Sən Allah, özünə öyrətmə məni.

Arzularım donacaqsa gözümdə,
İzin qoyacaqsa, həsrət üzümdə,
Durmayacaqsansa, və'dən-sözündə,
Sən Allah, özünə öyrətmə məni.

Dərdin gözlərimi, yaş qoyacaqsa,
Ürəyin yerinə, daş qoyacaqsa,
Əlin, əllərimi boş qoyacaqsa,
Sən Allah, özünə öyrətmə məni.

Rəhimli hər dərdi saydı,sanadı,
Hər addımda, öz-özünü qınadı.
Sınacaqsa, qürurumun qanadı,
Sən Allah, özünə öyrətmə məni.

Müəllif:Aygün Rəhimli
 

6 şərh

Ferbara
Minnətdaram,  ORIGINAL.
Gözəl şeirdi və bu şeiri kayzendə də görmək istəmişdim.
bahar
Çox gözəl şeirdi
ElcinHesenov
salam  gözəldir əsasda ikinci bənd
Kinosunas
Bu şeiri çoox sevirəm.Çox sağ ol
kulturoloq
Şeirə və sənətkara söz ola bilməz. Eşq olsun şeiri yaradan insanlara!!!
Xrizoberil
Şeirdə gözəldir, elə şəkildə )))